Bizi sosial şəbəkələrdən izləyin:
Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.
Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, martın 16-da Günəşdə tac kütləsinin atılması baş verib və bu, tezliklə Yerə çatacaq.
"Qısamüddətli G3 qasıra dövrlərinin ehtimalı ilə geomaqnit aktivliyində əhəmiyyətli artım gözlənilir", - ekspertlər xəbərdarlıq ediblər.
Bundan əlavə, martın 17-si səhəri daha bir M sinifli (orta səviyyəli) Günəş partlayışı qeydə alınıb. Onun emissiyası geomaqnit aktivliyinin daha da artmasına da səbəb olacaq.
Günəşdə koronal dəliyin təsiri səbəbindən martın 18 və 19-da aktivliyin artması gözlənilir. Bu arada, martın 19-20-də Yer kürəsinə güclü maqnit qasırğası vuracaq. /Lent.az/