Populyar verilişlərin dayandırılmasına kanallardan REAKSİYA
Cəmiyyət
171
15:10, Bu gün

Populyar verilişlərin dayandırılmasına kanallardan REAKSİYA

Azərbaycanda televiziya kanallarında genişmiqyaslı dəyişikliklərə start verilib. ATV-də Zaur Baxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızı və Zaur Kamalın verilişləri, eləcə də Lalə Azərtaşın aparıcılığı ilə yayımlanan “Təsir dairəsi” proqramı dayandırılıb. Daha əvvəl isə Elgiz Əkbər və Tarix Əliyevin (Tolik) verilişləri də efirdən çıxarılmışdı.
 
Moderator.az xəbər verir ki, yeni qaydalara uyğun olaraq, telekanallar ictimai-siyasi və analitik proqramlara üstünlük verəcək, şou formatlı verilişlər azalacaq, nüfuzu zəif şəxslərin efirə çıxışı məhdudlaşdırılacaq.
 
News24.az-ın bağlanan verilişlərlə bağlı sorğusuna cavab olaraq kanallar mövqelərini açıqlayıblar.
 
Xəzər TV-dən bildirilib ki, hazırda məsələ ilə bağlı konkret və yekun qərar açıqlamaq mümkün deyil.
 
"Sözügedən layihələrin gələcəyi, yaradıcı heyətin taleyi, eləcə də aparıcıların fəaliyyəti ilə bağlı proseslər davam edir. Bu istiqamətdə dəqiqləşdirilmiş qərarlar qəbul olunduqdan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək".
 
ATV isə açıqlamasında vurğulayıb ki, hazırda kanal rəhbərliyi ilə yaradıcı heyət arasında müzakirələr gedir:
 
"Bu müzakirələr çərçivəsində mövcud layihələrin taleyi, format dəyişiklikləri və mümkün yeniliklər nəzərdən keçirilir. Hansısa qərar qəbul olunacağı təqdirdə ictimaiyyətə açıqlanacaq".
 
ARB-dən verilən məlumatda isə qeyd olunub ki, bəzi verilişlərin yayımının dayandırılması kanalın daxili qaydaları və yayım siyasətinə uyğun şəkildə həyata keçirilib. "Gələcəkdə hər hansı yenilik və ya dəyişiklik baş verərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər