Bakıda məşhur parklar TƏMİR OLUNACAQ
Cəmiyyət
249
19:27, Bu gün

Bakıda məşhur parklar TƏMİR OLUNACAQ

Bakı şəhərində bir sıra park və ictimai məkanlarda abadlaşdırma və yenidənqurma işlərinin aparılması planlaşdırılır.

Moderator.az Baku.ws-ə istinadən xəbər verir ki, uzun müddətdir baxımsızlıqdan əziyyət çəkən bəzi yaşıllıq əraziləri yenidən qurulacaq. Xüsusilə Binəqədi rayonu ərazisində yerləşən Nəbatat bağı əsaslı təmirə cəlb olunacaq.

Vaxtilə mühafizə zonası kimi tanınan bu ərazinin əvvəlki görkəminin bərpası nəzərdə tutulur.

Bununla yanaşı, son illərdə salınmasına baxmayaraq, yenidən təmirə ehtiyac yaranan Çəmbərəkənd parkı da abadlaşdırılacaq məkanlar sırasındadır.

Layihələrin hazırlanması üçün ilkin mərhələdə təxminən 3 milyon 26 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Görüləcək işlər çərçivəsində dörd parkda və 10 bağda yenidənqurma və abadlıq işlərinin görülməsi nəzərdə tutulub.

Bu təşəbbüsün əsas məqsədi paytaxtda parkların, həyətlərin və digər ictimai məkanların daha sistemli şəkildə bərpasını təmin etmək, şəhərin ekoloji mühitini yaxşılaşdırmaq və sakinlər üçün daha komfortlu istirahət zonaları yaratmaqdan ibarətdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər