İki rayonda üç minədək abonentin qazı kəsiləcək
Cəmiyyət
248
15:45, Bu gün

İki rayonda üç minədək abonentin qazı kəsiləcək

Martın 18-də saat 09:00-dan etibarən iki yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Tərtər və Zaqatala Regional Qaz İstismarı idarələri məlumat yayıblar.
 
Bildirilib ki, Tərtər rayonunda qaz təchizatının dayandırılmasına səbəb Tərtər Xidmət Sahəsinin "Azadqaraqoyunlu" qazpaylayıcı stansiyasından (QPS) qidalanan şəhərin H.Əliyev prospektində qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.
 
Quraşdırma işləri başa çatdıqdan sonra 645 abonentin qaz təchizatı bərpa ediləcək.
 
Digər məlumatla Balakən rayonunun Katex kəndində qaz təchizatının dayandırılmasına səbəb "Təmiz Qaz" QSC tərəfindən balans qovşağının quraşdırılmasıdır.
 
İşlər başa çatdırıldıqdan sonra 2 013 əhali və 15 qeyri-əhali abonentə qazın verilməsi bərpa olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər