Çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı
Cəmiyyət
141
16 Mar 2026 | 23:37

Çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən İlham Abbasqulu oğlu Hüseynova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən Moderator.az-a bildirilib ki, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablarda saxlanılmadığı, birdəfəlik nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, qida məhsulları ilə təmasda olan taxta altlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı və sənədləşdirilmədiyi, əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları ilə təchiz olunmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektlərində maarifləndirilmə tədbirləri aparılıb və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Link kopyalandı!
Son xəbərlər