Bakının Tbilisi prospektində dəyişiklik
Cəmiyyət
196
18:07, Bu gün

Bakının Tbilisi prospektində dəyişiklik

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə ərazi yeni görkəm alacaq.

Qeyd edilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və "20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxış təmin edilir:

"Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qalxacaq.

Həmçinin Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılır.

Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birgə icra edilir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər