Bizi sosial şəbəkələrdən izləyin:
Qazılar Şurasının fətvasına əsasən, adambaşına 10-15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə edilir.
Bu barədə Moderator.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, fitrə zəkatı canın sədəqəsi sayılır və maddi imkanı olan müsəlmanların ailə üzvlərinin hər biri üçün fitrə çıxarması, onu ehtiyacı olan şəxslərə və aztəminatlı ailələrə verməsi vacibdir. Bu ənənə bayram günlərində ehtiyacı olan insanların da sevinc yaşamasına şərait yaradır.