Bütün sosial yardımlar qrafikdən əvvəl ödənildi
Cəmiyyət
211
10:07, Bu gün

Bütün sosial yardımlar qrafikdən əvvəl ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da ödənilib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
 
Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb.
 
Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.
 
Link kopyalandı!
Son xəbərlər