Bu ərazilərə qar yağır - Faktiki hava
Cəmiyyət
234
12:32, Bu gün

Bu ərazilərə qar yağır - Faktiki hava

Martın 15-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq ərazilərə qar yağır.

Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qarın hündürlüyü Kəlbəcərdə 8, Laçın və Qubadlıda 6, Şahdağda 5, Şuşada 3, Şəkidə(Kişçay) 1 sm-dir.

Düşən yağıntının miqdarı Mingəçevir, Sədərək və Şərurda 2, Yevlax, Ağdam, Naftalan, Bərdə, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Balakən, Zaqatala, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Quba və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Link kopyalandı!
Son xəbərlər