Küçədə elektron siqaret çəkənlər cərimələnəcəklər
Cəmiyyət
249
18:37, Bu gün

Küçədə elektron siqaret çəkənlər cərimələnəcəklər

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcəklər.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Link kopyalandı!
Son xəbərlər