Bizi sosial şəbəkələrdən izləyin:
Vəkillər Kollegiyasının (VK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təltif edib.
Moderator.az xəbər verir ki, bu barədə VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.
Tədbirdə çıxış Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir.
Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib.
Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar.