18:47
8°C
Bakı
13 mart saat 10:00-dan etibarən Ağcabədi şəhərində 9 584 abonentin qaz təchizatı dayandırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb şəhərin Üzeyir Hacıbəyli küçəsində daşıyıcı qaz xəttində aşkar olunmuş sızmaların təmir olunmasıdır.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.