Yaxın Şərqdəki eskalasiya zamanı yaralanan vətəndaşımız xəstəxanadan buraxıldı
Bizi sosial şəbəkələrdən izləyin:
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş konsulluğu məlumat yayıb.
Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.
Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.