Zaqatala şəhərinin böyük hissəsində su təchizatı dayandırılıb
Cəmiyyət
252
12:55, Bu gün

Zaqatala şəhərinin böyük hissəsində su təchizatı dayandırılıb

Zaqatala şəhərinin 28 May küçəsində su xəttində qəza baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədar şəhərin Heydər Əliyev, N.Nərimanov, Tağıyev, Həzi Aslanov, M.Rəsulzadə, 28 may, Sabir, Füzuli, Ü.Sadıqov küçələrində, Azərbaycan prospekti, Nizami, A.Qardaşov, F.Əmirov, Vidadi və s. küçələrinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb.
 
Qeyd edilib ki, suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra təmin ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər