Dövlət qurumlarına kiberhücumlar azalıb
Cəmiyyət
145
11:18, Bu gün

Dövlət qurumlarına kiberhücumlar azalıb

Bu ilin yanvar-fevral aylarında dövlət qurumlarına 201 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
 
Moderator.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % azdır.
 
Kibertəhdidlərin 162-si daxili araşdırma, 42-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
 
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
 
Link kopyalandı!
Son xəbərlər