Zabuxda torpaqların əkin məqsədli istifadəsi üçün son müraciətlərin qəbulu başlayır
Cəmiyyət
199
09:55, Bu gün

Zabuxda torpaqların əkin məqsədli istifadəsi üçün son müraciətlərin qəbulu başlayır

Laçının Zabux kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır.
 
Moderator.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.
 
Zabux kəndində məskunlaşan və yaşayan sakinlərdən sonuncu müraciətlərin qəbulu prosesi 2026-cı il martın 16-sı günün sonunadək davam edəcək.
 
Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.
 
Zabux kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
 
- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
 
- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Zabux” seçməklə ərizə formasını doldurmaq.
 
- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Zabux kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
 
Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2 il, təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
 
Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən başlanıb.
Link kopyalandı!
Son xəbərlər