Azərbaycandan keçməklə Ermənistana 1023 ton taxıl göndərilir
Cəmiyyət
201
09:40, Bu gün

Azərbaycandan keçməklə Ermənistana 1023 ton taxıl göndərilir

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.
 
Moderator.az xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.
 
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
 
Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
Link kopyalandı!
Son xəbərlər