Ramazan ayının iyirmi birinci gününün imsak, iftar və namaz vaxtları - FOTO
Cəmiyyət
194
10 Mar 2026 | 22:07

Ramazan ayının iyirmi birinci gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah ramazan ayının iyirmi birinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 11-də imsak vaxtı saat 05:33-də, iftar vaxtı isə saat 18:57-dədir.

Martın 11-i üçün namaz vaxtları:

Sübh azanı 05:38
Zöhr azanı 12:51
Əsr azanı 16:58
Məğrib azanı 18:57
İşa azanı 19:58

İyirmi birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!"

Tərcüməsi:

"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!"

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!

Link kopyalandı!
Son xəbərlər