Trendyol və PAŞA Holding  qadınlara həsr edilən simpoziuma dəstək olub
Cəmiyyət
254
17:34, Bu gün

Trendyol və PAŞA Holding  qadınlara həsr edilən simpoziuma dəstək olub

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol PAŞA Holding ilə birlikdə “Dayanıqlı Sosial-İqtisadi İnkişafda Qadınların Rolu” adlı Birinci Beynəlxalq Simpoziuma (WRCIS 2026) dəstək olub.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin Qadın Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə keçirilən simpoziumun məqsədi qadınların innovasiya və sahibkarlıq sahələrində fəaliyyətinin elmi müstəvidə müzakirəsi, akademik dialoqun və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin onların sosial-iqtisadi inkişafdakı rolunun önə çıxarılmasıdır.
 
Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, Azərbaycanın müxtəlif regionlarından olan qadın tədqiqatçılar və sahibkarlar iştirak edib. Simpoziuma həmçinin təxminən 15 ölkədən qadın tədqiqatçılar qatılıb.
 
Simpozium çərçivəsində 32 qadın sahibkarın həyat hekayələrini, liderlik təcrübələrini və cəmiyyətin inkişafına töhfələrini əks etdirən “The Seven Portraits of ‘Odlar Yurdu’: Women’s Entrepreneurship – Reimagining Work, Worth and World in Azerbaijan” kitabı və “International Journal of Gender, Knowledge and Social Futures” adlı yeni beynəlxalq elmi jurnalın ilk cildi təqdim olunub. Jurnal gender tədqiqatları, sosial inkişaf, elm siyasəti və qadınların elmdə rolu kimi mövzular üzrə beynəlxalq akademik platforma kimi fəaliyyət göstərir.
Link kopyalandı!
Son xəbərlər