Ötən həftə ən çox yağıntı Astaraya düşüb
Cəmiyyət
202
14:10, Bu gün

Ötən həftə ən çox yağıntı Astaraya düşüb

Azərbaycanda ötən həftə Astarada 25 mm yağış qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həftəlik icmalında bildirilib.
 
Həmin dövrdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 14 dərəcə olub. Bölgələrdə isə ən yüksək temperatur Yevlaxda (17 dərəcə) olub.
 
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, dağlıq ərazilərdə isə Şahdağda 20 m/s-yə çatıb.
 
Qarın hündürlüyü isə Şahbuz rayonunun Biçənək ərazisində 44 sm-ə çatıb.
 
Link kopyalandı!
Son xəbərlər