Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir
Cəmiyyət
311
10:34, Bu gün

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
 
AZAL-ın Muskat-Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.
 
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.
Link kopyalandı!
Son xəbərlər