Ramazan ayının iyirminci gününün imsak, iftar və namaz vaxtları - FOTO
Cəmiyyət
185
09 Mar 2026 | 22:20

Ramazan ayının iyirminci gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah ramazan ayının iyirminci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 10-da imsak vaxtı saat 05:35-də, iftar vaxtı isə saat 18:56-dadır.

Martın 10-u üçün namaz vaxtları:

Sübh azanı 05:40
Zöhr azanı 12:51
Əsr azanı 16:57
Məğrib azanı 18:56
İşa azanı 19:56

İyirminci günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu"minin".

Tərcüməsi:

"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə rahatlıq bəxş edən Allah".

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!"

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər