Martın 5-dən İranın dron hücumları səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı artıq fəaliyyətini bərpa edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib və bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvan-Bakı maşrutu ilə "J2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.