Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa EDİLDİ
Cəmiyyət
3703
09 Mar 2026 | 12:10

Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa EDİLDİ

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
 
Bu barədəModerator.az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
 
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

 

Reys

 

Bakıdan qalxma

 

Naxçıvandan qalxma

J2 2251 / 2252

18:00

20:00

J2 2253 / 2254

19:00

21:00

J2 2255 / 2256

20:00

22:00

J2 2257 / 2258

21:00

23:00

 

Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

"AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - AZAL-dan bildirilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər