Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
Cəmiyyət
1131
09 Mar 2026 | 09:44

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
 
Moderator.az xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndəriləcək.
 
Qatar Gürcüstandan keçərək Ermənistana yol alacaq.
 
Xatırladaq ki, fevralın 4-də ölkəmizdən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan səkkiz vaqondan ibarət yük qatarı yola salınıb.
 
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər