Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.
Moderator.az xəbər verir ki, hadisə Maksim Qorki küçəsində baş verib.
Qeyd edilib ki, "Kotec" qəsəbəsi ərazisindən keçən yüksəktəzyiqli qaz xətti nəqliyyat vasitəsinin qəzası nəticəsində zədələnib.
Nəticədə ərazidə qaz təchizatı dayandırılıb, təxminən 1 100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Bildirilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.