Azərbaycan vasitəsilə 66 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub
Cəmiyyət
265
11:26, Bu gün

Azərbaycan vasitəsilə 66 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.
 
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.
 
Bundan əlavə, Çinin 487, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 118, Omanın 57, İtaliyanın 44, İndoneziya 32, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 21, Fransa 16, Gürcüstanın 13, Bolqasıtan 10, Konqo 10, Braziliyanın səkkiz, Britaniya səkkiz, Belarus, Özbəkistan hərəsinin yeddi, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın, Kanadanın hərəsinin altı, Serbiya və Nigeriyanın, Qazaxıstanın, Əfqanıstan, Çexiya hərəsinin beş, Bəhreyin, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiyanın, Ukrayna, Türkiyənin, Macarıstanın, Belçikanın, Küveytin hərəsinin dörd, Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiyanın hərəsinin üç, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprın hərəsinin iki, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç, Almaniya, Vatikanın hərəsinin bir vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
 
Link kopyalandı!
Son xəbərlər