Bağırov körpüsünün tunel hissəsində hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət
834
06 Mar 2026 | 22:25

Bağırov körpüsünün tunel hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Nərimanov rayonu, Bağırov körpüsünün tunel hissəsində (metronun "Koroğlu" stansiyası istiqamətində) aparılacaq təmizlik işləri ilə əlaqədar olaraq şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bununla əlaqədar olaraq 7 mart saat 08:00-dan 8 mart saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Link kopyalandı!
Son xəbərlər