Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək
Cəmiyyət
412
14:58, Bu gün

Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edəcək.
 
QSC-dən Moderator.az-a verilən məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.
 
Məlumata görə, sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin internet saytında və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.
 
Link kopyalandı!
Son xəbərlər