Cəmiyyət
814
14:38, Bu gün

"Aliment alır və sərbəst həyat tərzi keçirir" - Eks-deputat boşanmalardan danışdı

"Mən praktik hüquqşünasam. Vaxtilə məhkəmədə boşanma və ailə mübahisələri ilə bağlı məsələrə də baxmışam. Doğrudur ki, boşanmaların sayı dəfələrlə artıb".
 
Moderator.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında keçmiş deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, əvvəlki qanunvericilikdə belə idi ki, məhkəmələr boşanmaları tezliklə həyata keçirmirdilər:
 
"Üç ay vaxt verirdilər. Daha sonra bir 3 ay da artırırdılar. Çox vaxt isə iddianı rədd edirdilər. Məhkəmə və hakim qayğısına qalırdı ki, ailə dağılmasın. Sonra qanunvericiliyə müəyyən dəyişiklik olundu ki, tərəflər razıdırsa və ya tərəflərdən biri öz tələbinin üzərində möhkəm dayanırsa, onda boşanmalara getmək lazımdır. Əlbəttə, boşanmalar uşağın kimdə qalması, əmlak mübahisələri ilə müşahidə olunur. Belə vəziyyətlər yaranır".
 
Eks-deputat qanunvericilikdə boşanmaların çətinləşdirilməsini vacib sayır: "İddiaçı tərəfə çox da qulaq asılmasın. Hətta deyərdim ki, ona rüsum tətbiq olunsun. Görürük ki, boşanandan sonra qadınların çoxu tək həyat sürür. Aliment alır və sərbəst həyat tərzi keçirir. Bir çoxları düzgün olmayan həyat tərzi keçirirlər. Bəzən əxlaqsızlığa yuvarlanırlar. Gedir ki, bir övladı olsun, ona baxsın, gələcəkdə də aliment təminatı olsun. On illərdir Rusiya cəmiyyətində və digərlərində belə hallar var. Onlar da bir övladı olandan sonra boşanmaya meyilli idi. Hər bir halda Azərbaycan ailəsi müqəddəsdir. Azərbaycan cəmiyyəti və dövləti ailə kərpiclərinin üstündə qurulub. Ailəyə müqəddəs baxılmalıdır. Bu istiqamətdə addımlar atılmalı, boşanmalardan qaçmaq və aliment məsələlərinə ciddi yanaşmaq lazımdır".
 
Link kopyalandı!
Son xəbərlər