Şəkidə şirkət əməkdaşları qaz xəttini zədələdilər: 12 500 abonent qazsız qaldı
Cəmiyyət
264
18:10, Bu gün

Şəkidə şirkət əməkdaşları qaz xəttini zədələdilər: 12 500 abonent qazsız qaldı

Saat 17:10-dan etibarən Şəki şəhər ərazisinin bir hissəsində 12 500 abonentin qaz təchizatı dayandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb M.Ə.Rəsulzadə prospektində "Avtoyolservis" MMC-nin işçiləri tərəfindən təmir-tikinti işləri aparılarkən qaz xəttinin zədələnməsi ilə əlaqədardır.

Bildirilib ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Link kopyalandı!
Son xəbərlər