19:08
7°C
Bakı
Sabah saat 10:00-da Qazax rayonu, Daş Salahlı kəndi ərazisində 2 300 abonentin qaz təchizatı dayandırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması təbii qazın qəbulu və satışı xidməti (TBX) tərəfindən qaz xətlərində aşkar edilmiş yeraltı qaz sızmalarının ləğv edilməsi işləri ilə əlaqədardır.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.