Rəşad Nəbiyev Britaniyanın ticarət naziri ilə görüşdü
Cəmiyyət
1216
12:30, Bu gün

Rəşad Nəbiyev Britaniyanın ticarət naziri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
 
Böyük Britaniya investorları Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət olunub. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi aparılıb. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər