8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı paytaxt restoranlarında xüsusi menyular, şou proqramlar və depozit sistemi tətbiq olunur. Qiymətlər isə seçilən məkana və təqdim olunan xidmətə görə dəyişir.
Moderator.az bildirir ki, Milli.az həmin restoranlardan bir neçəsi ilə əlaqə saxlayaraq qiymətləri öyrənməyə çalışıb.
Belə ki, Sosyete Baku-da bir nəfər üçün qiymət 150 manatdır və menyu seçimi sərbəstdir. VIP divanlar üçün isə depozit məbləği 800-1000 manat arasında dəyişir.
Zeyd Restaurant-da saat 19:30-dan sonra iki nəfərlik xüsusi menyu təqdim olunur. Milli mətbəx menyusu 250 manat, dünya mətbəxi menyusu isə 300 manatdır. Saat 17:30-a qədər isə iki nəfər üçün 60 manat depozit tətbiq edilir və menyudan seçim sərbəstdir.
Sky Grill-də isə bir masa üçün depozit 200 manat müəyyən edilib.
Mangal Steak House-də 8 Mart üçün menyu və şou proqram daxil olmaqla bir nəfər üçün qiymət 180 manatdır.
El Piano Baku restoranında səhnə yanı masa üçün bir nəfərlik qiymət 150 manat, səhnə kənarı masa üçün isə 125 manat təşkil edir.
Shakespeare restoranında iki nəfər üçün depozit 100 manatdır.
Societe restoranında isə bir nəfər üçün özəl menyu və şou proqram daxil olmaqla qiymət 88 manatdır.
The Gallery by Hollywood restoranında bir nəfərlik menyu 80 manatdır. Bundan əlavə 10 faiz servis haqqı tətbiq olunur.
Caravan restoranında bir nəfər üçün depozit məbləği 50 manat təşkil edir.
Beləliklə, 8 Mart münasibətilə paytaxt restoranlarında qiymətlər 50 manatdan başlayaraq 1000 manata qədər yüksəlir.