Nazirlər Kabineti qrantlarla bağlı qərarlara dəyişiklik etdi
Cəmiyyət
434
11:07, Bu gün

Nazirlər Kabineti qrantlarla bağlı qərarlara dəyişiklik etdi

Nazirlər Kabineti qrant fəaliyyəti ilə bağlı iki qərarında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişikliklər olunub. Belə ki, sənədə yeni hissə əlavə edilib və qaydalarda dəyişikliklərin edilməsi mexanizmi dəqiqləşdirilib. Eyni zamanda, qrantların verilməsi ilə bağlı müddəalara bələdiyyələr (bələdiyyə orqanları) da daxil edilib, sənədin bir hissəsi isə ləğv olunub.
 
Bununla yanaşı, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası”nda da dəyişiklik edilib. Dəyişikliklərə əsasən, qrant müsabiqələri ilə bağlı müddəalarda bələdiyyələrin də iştirakı nəzərdə tutulub və qərarda dəyişikliklərin edilməsi qaydası yenilənib.
 
Qərar “Qrant haqqında” qanuna edilmiş dəyişikliklərin və müvafiq prezident fərmanlarının icrasını təmin etmək məqsədilə qəbul edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər