Bizi sosial şəbəkələrdən izləyin:
Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 23 may tarixli 166 nömrəli Qərarında dəyişiklik edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sənədin preambulasında istinad edilən normativ baza yenilənib. Belə ki, əvvəlki “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”yə istinad “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” ilə əvəz olunub.
Eyni zamanda, kollegiyanın üzvlərinin siyahısına dəyişiklik edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri də tərkibə daxil edilib.
Qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq qəbul edilib.