Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı
Cəmiyyət
205
10:45, Bu gün

Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı

Ötən ay 98 aptekdə yoxlama aparılıb.
 
Bu barədə Moderator.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
 
Yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
 
Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.
 
Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Link kopyalandı!
Son xəbərlər