Azərbaycan və daha 7 ölkənin vətəndaşları İrandan təxliyə edilib
Cəmiyyət
356
03 Mar 2026 | 23:47

Azərbaycan və daha 7 ölkənin vətəndaşları İrandan təxliyə edilib

Saat 19:00-dan 22:00-a qədər 21 Çin, 8 Oman, 6 Azərbaycan, 4 Nigeriya, 2 Yaponiya, eləcə də 117 nəfər Rusiya, 6 Belarus, 1 Qazaxıstan vətəndaşı " Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, onlar avtobuslarla Bakıya yola salınıb.

Qeyd edək ki, Rusiya vətəndaşları isə avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına gətirilib. Burdan da öz ölkələri tərəfindən xüsusi təyyarə reysi ilə vətənlərinə qaytarılacaqlar.

Link kopyalandı!
Son xəbərlər