Sabah Lənkəranın bir sıra kəndlərində işıq olmayacaq
Cəmiyyət
287
03 Mar 2026 | 23:30

Sabah Lənkəranın bir sıra kəndlərində işıq olmayacaq

Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq.

Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən bildirilib.

Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Link kopyalandı!
Son xəbərlər