Bağlanan özəl universitetin binası BDU-ya verildi
Cəmiyyət
143
22:21, Bu gün

Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.

Moderator.az APA-ya istinadən xəbər verir ki, yaxın vaxtlarda həmin fakültələr keçmiş Bakı Asiya Universitetinin binasına köçürülüb.

BDU bu faktı təsdiqləyib. Həmçinin vaxtilə Bakı Asiya Universitetinin yerləşdiyi binanın üzərinə "Bakı Dövlət Universiteti, C korpusu" sözləri yazılıb.

Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər