Bəzi ərazilərdə qaz olmayacaq
Cəmiyyət
176
20:38, Bu gün

Bəzi ərazilərdə qaz olmayacaq

Martın 4-də Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, "MTN bağları" adlanan ərazidə qaz təchizatında fasilələr yaranacaq.

Moderator.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.

"Ceyranbatanda "MTN bağları" adlanan ərazidə d89 mm-lik yeraltı qaz xəttinin yerüstü qaz xəttinə əvəzlənməsi ilə əlaqədar martın 4-də, saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ərazidə 1 600 istehlakçının qaz təchizatında fasilə yarancaq. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş edirik", - məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər