Cəmiyyət
197
20:10, Bu gün

"Bakı Metropoliteni": "Nərimanov–Bakmil" sahəsində hərəkət qrafiki yenilənib

Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.

Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.

Belə ki, martın 4-dən "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir. Sınaq müddətində "Nərimanov–Bakmil" sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.

Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər