Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
Cəmiyyət
179
14:36, Bu gün

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
 
Moderator.az xəbər verir ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.
 
Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.
 
Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.
 
Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.
 
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
 
Link kopyalandı!
Son xəbərlər