Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək
Cəmiyyət
245
13:21, Bu gün

Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
 
Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər.
 
Adları çəkilən şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.
 
Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
 
Link kopyalandı!
Son xəbərlər