Astara istiqamətində təxliyə tədbirləri gücləndirildi - FOTO
Cəmiyyət
332
28 Feb 2026 | 23:20

Astara istiqamətində təxliyə tədbirləri gücləndirildi - FOTO

İsrail-ABŞ hücumları səbəbindən İrandan Azərbaycana təxliyə ediləcək şəxslərin daşınması üçün Astara sərhəd-keçid məntəqəsi ərazisində təşkilati işlər koordinasiyalı şəkildə davam etdirilir.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin mərhələdə sərnişin avtobusları hazır vəziyyətə gətirilib.

Qeyd olunur ki, bu nəqliyyat vasitələri sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olan şəxsləri ödənişsiz olaraq Bakıya çatdıracaq.

Link kopyalandı!
Son xəbərlər