AZAL-ın Dubay və Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən qayıdıb
Cəmiyyət
95
11:45, Bu gün

AZAL-ın Dubay və Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən qayıdıb

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə Moderator.az-a AZAL-dan bildirilib.

Məlumata görə, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

Qeyd edilib ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər