ETX-nin nəzdində 3 mərkəz yaradılacaq
Cəmiyyət
32
15:30, Bu gün

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 mərkəz yaradılacaq.
 
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
 
Sənədə əsasən, ETX-nin Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzinin (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır. Bu, ETX-yə ölkədə baş vermiş insidentlərin toplanılması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyətinin koordinasiya etməyə imkan verəcək.
 
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər