Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi keçirilib.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, deputat Səyyad Salahlı (Aran) çıxışında təcili tibbi yardım sahəsindən narazılığını bildirib.
S.Salahlı deyib ki, keçmişdə balaca padşahlar ifadəsi var idi: “İndi "cıqqılı padişahlar" ifadəsi meydana gəlib. Mənə zəng gəldi, çalışdım ki, kömək edim. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu "cıqqılı padişah"ın ucbatından az qalırdı adam orada ölsün. Bu nə özbaşınalıqdır, nə yiyəsizlikdir?!”