Bizi sosial şəbəkələrdən izləyin:
"Çox təəssüf ki, bizdə film istehsalı əsasən Mədəniyyət Nazirliyinin üzərinə düşür. Halbuki ölkədə böyük şirkətlər, holdinqlər, sponsor imkanları mövcuddur. İdman sahəsinə, xüsusilə futbola sponsorluq edən qurumlar niyə kino istehsalına da dəstək verməsin? Kino həm mədəni, həm də strateji kommunikasiya vasitəsidir".
Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Aqil Abbas deyib.
O bildirib ki, zəngin tarixi şəxsiyyətlərimiz haqqında genişmiqyaslı bədii filmlər çəkmək olar:
"Məsələn, Ramiz Mehdiyevin evindən 17 milyon manat pul tapıldı. 17 milyon 10 ədəd yüksək səviyyəli tammetrajlı film deməkdir. Bu pulu verin, film çəkilsin, təbliğat aparılsın".