Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb
Cəmiyyət
35
07:57, Bu gün

Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Moderator.az xəbər verir ki, Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.
 
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (118 nəfər), Xocavənd şəhərinə 41 ailə (138 nəfər), Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə (196 nəfər) köçürülüb.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər